Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün paytaxtın Binəqədi rayonunun 8-ci mikrorayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Cəfər Xəndan küçəsində qeydə alınıb. “BMW” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində idarəetmədən çıxan “BMW” əvvəlcə səkiyə çıxıb, daha sonra “Universal Hospital”ın binasına çırpılıb.
Qəza nəticəsində hər iki avtomobilə və klinikanın binasına ciddi ziyan dəyib. Zərbənin təsirindən binanın şüşələri qırılıb.








