ABŞ Konqresində tarixi nəticə: İlk müsəlman senator seçildi – VIDEO

ABŞ Konqresində tarixi nəticə: İlk müsəlman senator seçildi – VIDEO

ABŞ-da keçirilən aralıq seçkilərin ilkin və qeyri-rəsmi nəticələrinə əsasən, Konqresə namizədliyini irəli sürən 7 müsəlman siyasətçi qələbə qazanıb. Nümayəndələr Palatasına daha bir müsəlman namizədin də seçiləcəyi gözlənilir.

Xəbər Yerində AZXEBER.COM-a istinadən xəbər verir ki, amerikalılar Konqresin yeni tərkibini müəyyənləşdirməklə yanaşı, 36 ştatda qubernatorları və yerli qanunverici orqanların üzvlərini seçmək üçün də səs veriblər.

İlkin nəticələr Respublikaçılar Partiyasının həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluğu itirdiyini göstərir.

ABŞ tarixində ilk müsəlman senator

Miçiqan ştatından Senata namizədliyini irəli sürən Misir əsilli Abdul El-Sayed respublikaçı rəqibi Mayk Rocers üzərində qələbə qazanıb.

Bununla da El-Sayed ABŞ Konqresinin ilk müsəlman senatoru kimi tarixə düşüb.

Nümayəndələr Palatasında müsəlmanların sayı artır

Nümayəndələr Palatasının hazırkı müsəlman üzvləri İlhan Omar, Rəşidə Tlaib, Lateefah Simon və Andre Carson seçkilərdə yenidən qalib gələrək mandatlarını qoruyublar.

Nyu-Cersi ştatından namizəd olan Adam Hamawy də seçkilərdə qələbə qazanıb. O, 2024-cü ildə Qəzzadakı Avropa Xəstəxanasında könüllü həkim kimi fəaliyyəti və atəşkəs çağırışları ilə gündəmə gəlmişdi. Hamawy Nyu-Cersini Nümayəndələr Palatasında təmsil edən ilk müsəlman olacaq.

Nyu-Yorkdan namizədliyini irəli sürən Darializa Avila Chevalier də seçkilərdə qalib gəlib. O, sonradan İslamı qəbul etməsi ilə diqqət çəkir.

Kaliforniyadan namizəd olan Aişə Vahab isə seçki yarışında öndədir. Onunla bağlı yekun nəticələr hələ açıqlanmayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir