Ərdoğan Azərbaycana səfəri ilə bağlı danışdı: “Fövqəladə vəziyyət yaranmasa…”

Ərdoğan Azərbaycana səfəri ilə bağlı danışdı: “Fövqəladə vəziyyət yaranmasa…”

Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana planlaşdırılan səfəri barədə açıqlama verib.

Türkiyə lideri yerli mediaya açıqlamasında fövqəladə vəziyyət yaranmadığı təqdirdə noyabrın 8-də Azərbaycana gəlməyi planlaşdırdığını bildirib.

“Fövqəladə vəziyyət yaranmasa, noyabrın 8-də Azərbaycana səfər etməyi planlaşdırıram. İnşallah, bu səfər vasitəsilə də zəruri addımları atmaq imkanımız olar”, – deyə Ərdoğan qeyd edib.

Azərbaycan-Türkiyə münasibətlərinə toxundu

Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığını da xatırladıb.

O, iki ölkə arasındakı münasibətlərin adi diplomatik əlaqələrdən daha yüksək səviyyədə olduğunu vurğulayıb.

“Hər zaman dediyim kimi, bizim Azərbaycanla münasibətlərimiz klassik diplomatik təmaslardan daha artıqdır. İki ölkənin qopmaz bağı ortaq tariximizin, mədəniyyətimizin, taleyimizin və gələcəyimizin məhsuludur. Türkiyə və Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir əngəl yoxdur”, – deyə Türkiyə Prezidenti bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir