Xəbər Yerində İqtisadiyyat.az-aza istinadən xəbər verir ki, fərdi qaydada, muzdlu işçi cəlb etmədən kuryer fəaliyyəti ilə məşğul olan şəxslər üçün aylıq 15 manat sabit sadələşdirilmiş vergi müəyyən edilməsi təklif olunur.
Bu təklif Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, vergi öhdəliklərinin sabit qəbz vasitəsilə yerinə yetirilməsi, hesabatlılığın və vergi uçotunun sadələşdirilməsi nəzərdə tutulur.

