Noyabrın 6-dan Biləcəri qəsəbəsi ilə “Azadlıq prospekti” metro stansiyasını birləşdirən 203 nömrəli marşrut xəttində yeni avtobuslar fəaliyyətə başlayacaq.
Xəbər Yerində xəbər verir ki, marşrut xəttinə 5 yeni, ekoloji təmiz avtobus buraxılacaq.
Avtobuslar 10-12 dəqiqə intervalla hərəkət edəcək.
Gedişhaqqı 60 qəpik müəyyən edilib. Ödəniş yalnız nağdsız qaydada həyata keçiriləcək.

