Ermənistanın baş naziri Nikol Paşinyan COP31-də iştirak etmək üçün Türkiyəyə səfər etməyi planlaşdırır.
Xəbər Yerində News24.az-a istinadən xəbər verir ki, Paşinyan bu barədə noyabrın 5-də hökumətin iclasından sonra keçirilən brifinqdə danışıb.
“COP31-də iştirak etmək üçün Antalyaya getməyi planlaşdırıram”, – deyə Ermənistanın baş naziri bildirib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransı (COP31) 2026-cı il noyabrın 9-dan 20-dək Türkiyənin Antalya şəhərində keçiriləcək.

