Xəbər Yerində Unikal-a istinadən xəbər verir ki, Bakının Yasamal rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Hadisə Naxçıvani küçəsi, 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı dayanacağından çıxış zamanı baş verib.
71 yaşlı qadın xəstəxanada vəfat edib
1958-ci il təvəllüdlü Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi “Mitsubishi Outlander” markalı avtomobillə dayanacaqdan çıxarkən 1955-ci il təvəllüdlü Sadıqova Esmira Həsənağa qızını vurub.
Ağır xəsarətlər alan qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb, hazırda araşdırma aparılır.

