Şəmkirdə ağır qəza: 18 yaşlı gənc öldü, yaralıların adları açıqlandı

Şəmkirdə ağır qəza: 18 yaşlı gənc öldü, yaralıların adları açıqlandı

Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.

Qəza nəticəsində avtomobildə sərnişin olan 18 yaşlı T. Orucov həyatını itirib.

Hadisə zamanı avtomobilin sürücüsü, 20 yaşlı V. Əmrahov və 24 yaşlı C. Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qəza necə baş verib?

Hadisə rayon ərazisində hərəkətdə olan VAZ-2106 markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılması nəticəsində baş verib.

Qeyd edək ki, ilkin məlumatda qəza nəticəsində üç nəfərin xəsarət aldığı bildirilmişdi. Yaralılar xəstəxanaya yerləşdirilmiş, onlardan birinin sonradan vəfat etdiyi açıqlanmışdı.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir