Qazaxıstanda baş vermiş yol-nəqliyyat hadisəsi Azərbaycan vətəndaşının həyatı bahasına başa gəlib.
Hadisə nəticəsində ağır xəsarətlər alan Ucar rayon sakini, 1994-cü il təvəllüdlü Sadiq Niyaz oğlu Abdullayev həyatını itirib. Mərhumun nəşi doğulduğu Ucar rayonuna gətirilərək torpağa tapşırılıb. Baş vermiş hadisənin səbəbləri və digər təfərrüatlarla bağlı isə hələlik əlavə məlumat açıqlanmayıb.
Mənbə: APA

