Lənkəranda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Xeberyerinde-nın Apa-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Vilvan kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Opel Astra” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarında kiçik ticarətlə məşğul olan Vilvan kənd sakini 1986-cı il təvəllüdlü Turab Şərifovu vuraraq yaxınlıqdakı kanala atıb.
Avtompbil daha sonra ağaca çırpılıb.
T.Şərifov kanaldan çıxarılaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb, lakin xəstənin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.




