Külli miqdarda dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi

Külli miqdarda dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi

Beynəlxalq axtarışda olan Elgün Soltanov Özbəkistandan Azərbaycana gətirildi.

Xəbəryerində-nin Baş Prokurorluqdan əldə etdiyi məlumata görə, Prokurorluq vəsatəti əsasında Özbəkistan Respublikasının Baş Prokurorluğu tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Soltanov Elgün Sədyar oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.

Belə ki, Bakı şəhəri Xətai rayon polis idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Elgün Soltanovun külli miqdarda dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o, istintaqdan yayınaraq gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Elgün Soltanov Özbəkistan Respublikasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir