Laçında yanğın baş verdi – FOTO+VİDEO

Laçında yanğın baş verdi – FOTO+VİDEO

Xəbər Yerində xəbər verir ki, Laçın rayonunun Minkənd kəndi yaxınlığında yerləşən dağlıq ərazidə yanğın baş verib.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatın alınmasından dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Yanğının genişlənməsinin qarşısı alınıb

Mürəkkəb relyef və küləkli hava şəraiti yanğının söndürülməsi zamanı müəyyən çətinliklər yaradıb.

Buna baxmayaraq, yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun daha geniş əraziyə yayılmasına imkan verilməyib və yanğın söndürülüb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir