Azərbaycan neftinin qiyməti 100 dolları ötüb

Azərbaycan neftinin qiyməti 100 dolları ötüb

Dünya bazarlarında Azərbaycanın “Azeri Light” markalı neftinin qiymətində artım qeydə alınıb.

Son ticarət əməliyyatlarında “Azeri Light” (CIF) markalı neftin bir bareli 1,83 ABŞ dolları və ya 1,85 faiz bahalaşaraq 100,56 ABŞ dollarına yüksəlib.

Qeyd edək ki, əvvəlki ticarət günündə Azərbaycan nefti 98,73 ABŞ dollarından satılıb.

Xatırladaq ki, “Azeri Light” markalı neftin tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.

2026-cı il dövlət büdcəsində isə “Azeri Light” neftinin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

Məlumat üçün bildirək ki, ABŞ və İran arasında yaşanan gərginlik fonunda “Azeri Light”ın qiyməti uzun fasilədən sonra 100 dollar həddini keçmişdi. Sonradan tərəflər arasında aparılan danışıqlar dünya neft bazarında qiymətlərin enməsinə səbəb olsa da, son ticarət sessiyasında Azərbaycan nefti yenidən 100 dollar səviyyəsini ötüb.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir