Göyçayda avtomobil piyadanı vurub, yaralı xəstəxanaya yerləşdirilib

Göyçayda avtomobil piyadanı vurub, yaralı xəstəxanaya yerləşdirilib

Göyçayda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə axşam saatlarında Göyçay–Ucar avtomobil yolunun Potu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan “VAZ-21010” markalı minik avtomobili yolu keçmək istəyən piyadanı vurub.

Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı təcili tibbi yardım briqadasının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir