Kriptovalyuta bazarında eniş: Bitcoin və Ethereum dəyər itirdi

Kriptovalyuta bazarında eniş: Bitcoin və Ethereum dəyər itirdi

Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyəti ucuzlaşıb.

Bazar kapitallaşmasına görə lider olan Bitcoin gün ərzində 0,17% dəyər itirərək 64 101,90 ABŞ dollarına geriləyib.

Ən böyük altkoinlərdən Ethereum 0,05% azalaraq 3 055,89 dollara enib. XRP 0,68% ucuzlaşaraq 4,0489 dollar, BNB isə 0,03% geriləyərək 956,09 dollar səviyyəsində ticarət olunub.

Digər tərəfdən, bəzi kriptovalyutalarda artım qeydə alınıb. Tether (USDT) 0,08% bahalaşaraq 1 dollara yüksəlib. Solana 0,04% artımla 211,21 dollara, Dogecoin isə 0,46% bahalaşaraq 0,37095 dollara çatıb.

Ekspertlərin qiymətləndirməsinə görə, bazardakı qeyri-sabitlik əsasən ABŞ Federal Ehtiyat Sisteminin (Fed) gələcək faiz qərarları ilə bağlı gözləntilər, investorların mənfəət götürməsi və qlobal maliyyə bazarlarında riskə marağın zəifləməsi ilə bağlıdır. Bu amillər iri kriptovalyutalara satış təzyiqini artırsa da, bəzi altkoinlərə yönələn selektiv alışlar onların qiymətini dəstəkləyib.

Mənbə: APA

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir