Gədəbəy rayonunda toy karvanı zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər polis əməkdaşları tərəfindən müəyyən edilərək məsuliyyətə cəlb olunublar.
DİN-in Gəncə Regional qrupunun yaydığı məlumata görə, keçirilən nəzarət-profilaktik tədbirlər zamanı digər hərəkət iştirakçılarının təhlükəsizliyini təhlükə altına alan, ictimai narazılığa səbəb olan avtoxuliqanlıq halları aşkarlanıb.
Qaydaları pozan sürücülərin avtomobilləri mühafizə olunan duracağa aparılıb. Onlarla profilaktik söhbətlər aparılıb, yol hərəkəti qaydalarına əməl etməyin vacibliyi diqqətlərinə çatdırılıb.
Bundan əlavə, sürücülər barəsində qanunvericiliyin tələblərinə uyğun inzibati tədbirlər görülüb.
Qeyd edək ki, sözügedən avtoxuliqanlıq halları Gədəbəydə hərəkət edən toy karvanında qeydə alınıb.
Mənbə: Qafqazinfo

