“Ahbap” istintaqında məşhurların ianələri üzə çıxdı – Kim nə qədər vəsait bağışlayıb?
Türkiyədə “Ahbap” Dərnəyində toplanan ianələrin qanunsuz istifadə edildiyi iddiası ilə aparılan istintaq çərçivəsində dərnəyin qurucusu Haluk Levent də daxil olmaqla çox sayda şəxs həbs edilib. Araşdırma zamanı “Ahbap”a dəstək çağırışı edən və ianə verən tanınmış simalar da ifadə verməyə çağırılıb. Eyni zamanda, onların dərnəyə bağışladıqları məbləğlər açıqlanıb.
Haluk Leventin təsis etdiyi “Ahbap” Dərnəyinin 6 fevral 2023-cü il Kahramanmaraş zəlzələlərindən sonra topladığı ianələrin təyinatı üzrə istifadə edilmədiyi iddiaları ilə bağlı İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq davam edir.
İstintaq materiallarına əsasən, dərnəyin hesablarında milyardlarla lirə həcmində maliyyə dövriyyəsi müəyyən olunub. İddialara görə, toplanan vəsaitin bir hissəsi şəxsi xərclərə yönəldilib, bir hissəsi isə xaricə çıxarılıb.
Araşdırma çərçivəsində saxlanılan 54 şübhəlidən 28-i məhkəmə qərarı ilə həbs olunub. Həbs edilənlər arasında Haluk Levent və sosial media yayımçısı Oğuzhan Uğur da var. Bundan başqa, məhkəmənin qərarı ilə “Ahbap” Dərnəyinin və bəzi şübhəlilərin bütün əmlakına həbs qoyulub.
İstintaq çərçivəsində dərnəyə dəstək çağırışı edən və ya yüksək məbləğdə ianə edən bir çox tanınmış şəxs də ifadə verməyə çağırılıb.
İstintaq sənədlərində yer alan məlumata görə, məşhurların “Ahbap”a etdiyi ianələr aşağıdakı kimidir:
- Acun Ilıcalı – 100 yük maşını su və 5 milyon TL dəyərində yardım
- Ahmet Sonuç (Jahrein) – 2 milyon TL
- Can Yaman – 1 milyon 550 min TL
- Tuğkan Gönültaş (Elraenn) – 1 milyon 384 min TL
- Gülşən – 1 milyon TL
- Ajda Pekkan – 1 milyon TL
- Sibel Can – 1 milyon TL
- Tarkan – 1 milyon TL
- Nuri Şahin – 1 milyon TL
- Göze Akpınar – 1 milyon TL
- Kıvanç Tatlıtuğ – 950 min TL
- Ozan Tufan – 800 min TL
- Nevzat Aydın – 750 min TL
- Cenk Tosun – 600 min TL
- Arda Turan – 500 min TL
- Danilo Zanna – 500 min TL
- Murat Boz – 500 min TL
- Orhan Gencebay – 500 min TL
- Çağrı Ergün – 500 min TL
- Ahmet Güneştekin – 500 min TL
- Halit Ergenç və Bergüzar Korel – 400 min TL
- EDIS – 400 min TL
- Hatice Şendil – 300 min TL
- Burak Yılmaz – 300 min TL
- Hakan Balta – 300 min TL
- Danla Bilic – 250 min TL
- Ali Ece – 250 min TL
- Hasan Can Kaya – 250 min TL
- Gülse Birsel – 200 min TL
- Kerem Bürsin – 200 min TL
- Sefo – 200 min TL
- İbrahim Büyükak – 200 min TL
- Aras Bulut İynemli – 200 min TL
- Mustafa Ceceli – 200 min TL
- Mert Hakan Yandaş – 200 min TL
- Gülben Ergen – 150 min TL
- İrem Derici – 150 min TL
- Burak Deniz – 150 min TL
- Emre Kılınç – 150 min TL
- Hazal Kaya – 120 min TL
- Gökçe Bahadır – 100 min TL
- Ziynet Sali – 100 min TL
- Sarp Apak – 100 min TL
- Melis Sezen – 100 min TL
- Celil Nalçakan – 100 min TL
- Cengiz Ünder – 50 min avro
- Çağlar Söyüncü – 50 min avro.

