İstanbulda sərnişin avtobusu qəzaya düşdü: 30 yaralı var-FOTO

İstanbulda sərnişin avtobusu qəzaya düşdü: 30 yaralı var-FOTO

İstanbulun Eyüpsultan rayonunda şəhərlərarası sərnişin avtobusu qəzaya uğrayıb.

İlkin məlumata görə, Sinopdan gələn avtobusun sürücüsü idarəetməni itirib. Nəticədə avtobus əvvəlcə minik avtomobilinə, daha sonra isə yol nişanına çırpılıb.

Hadisə yerinə polis, təcili tibbi yardım, yanğınsöndürən və UMKE əməkdaşları cəlb olunub. Qəza nəticəsində 30 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanalara çatdırılıb.

Toqquşmanın təsirindən avtobusun sürücüsü və bələdçisi nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Onlar yanğınsöndürənlərin köməyi ilə çıxarılaraq həkimlərə təhvil verilib.

İstanbul İl Səhiyyə İdarəsi yaralılardan 2-nin vəziyyətinin ağır olduğunu açıqlayıb. Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir