Dubay turistləri geri qaytarmaq üçün pul mükafatı və güzəştlər təklif edir

Dubay turistləri geri qaytarmaq üçün pul mükafatı və güzəştlər təklif edir

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra turizm sektorunda ciddi geriləmə ilə üzləşən Dubay turist axınını bərpa etmək üçün yeni təşviq proqramına başlayıb.

Belə ki, “A Dubai Invite” adlı proqram çərçivəsində 18 yaşdan yuxarı və etibarlı Emirates ID-si olan BƏƏ vətəndaşları və rezidentləri oktyabrın 31-dək Dubaya gələcək üç nəfərə qədər qohum və ya dostunu dəvət edə bilərlər. Dəvət olunan qonaqlara hotel, restoran və digər xidmətlər üzrə xüsusi güzəştlər təqdim olunur.

Bununla yanaşı, hakimiyyət yüksək kateqoriyalı hotellərdə gecəlik verginin və hotel-restoran hesablarına tətbiq edilən 7 faizlik bələdiyyə rüsumunun da ləğv edildiyini açıqlayıb.

İranın bu ilin əvvəlində həyata keçirdiyi raket və pilotsuz aparat hücumları Dubayın turizm infrastrukturuna da təsir göstərib. Məşhur Fairmont The Palm kurortu zərər görüb, Burj Al Arab hoteli isə bərpa işləri üçün 18 aylıq fəaliyyətini dayandırıb. Mart ayında Dubay Beynəlxalq Hava Limanı müvəqqəti bağlanıb, bir sıra aviaşirkətlər, o cümlədən British AirwaysEmirates uçuşları dayandırmışdı.

Ekspertlər hesab edirlər ki, fiziki zərərləri aradan qaldırmaq mümkün olsa da, bölgənin təhlükəsizliyi ilə bağlı formalaşan mənfi imici dəyişmək daha çətin olacaq. Onların fikrincə, Dubayda infrastruktur və xidmətlər tam fəaliyyət göstərsə də, əsas problem turistlərin psixoloji tərəddüdüdür.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir