Çeçenistan rəhbəri Ramzan Kadırov respublikada ərzaq qıtlığının yaranacağı ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirmədiyini bildirib.
Xeberyerinde xarici KİV-ə istinadən xəbər verir ki, Kadırov “Telegram” kanalında paylaşdığı açıqlamada qeyd edib ki, ərzaq qıtlığı gözləmək və ya bununla bağlı narahatlıq keçirmək üçün heç bir əsas yoxdur. O, bu məlumatları şayiə adlandıraraq, respublikada kifayət qədər ərzaq ehtiyatının mövcud olduğunu vurğulayıb.
Çeçenistan rəhbərinin sözlərinə görə, ilkin hesablamalara əsasən, bu il taxıl bitkilərinin ümumi məhsulu 500 min tonu ötəcək ki, bu da daxili tələbatın təmin olunmasına imkan verəcək.

