Çinin şimal-qərbində yerləşən Qansu əyalətində turistlərin üz tutduğu ərazidə baş verən qəfil sel nəticəsində həlak olanların sayı 25 nəfərə yüksəlib.
Xeberyerinde xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 26-da dağlıq ərazidə yürüş və düşərgə üçün məşhur olan turizm zonasını qəfil sel basıb. Təbii fəlakət nəticəsində daha 23 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Məlumata görə, Çin Milli Fəlakətlərin Qarşısının Alınması Komissiyası hadisə ilə bağlı aparılan araşdırmanı xüsusi nəzarətə götürüb.
Qeyd edək ki, Çin bu yay ardıcıl ekstremal hava hadisələri ilə üzləşib. İyulun əvvəlində də Qansu əyalətində baş verən torpaq sürüşməsi nəticəsində 21 nəfər həyatını itirmişdi.

