Rusiyanın dörd vilayətində pilotsuz uçuş aparatlarının (PUA) hücumu təhlükəsi ilə əlaqədar xüsusi xəbərdarlıq rejimi elan edilib.
Xeberyerinde xəbər verir ki, Sverdlovsk, Çelyabinsk, Tümen və Kurqan vilayətlərində fəaliyyət göstərən operativ xidmətlər və dövlət qurumları mümkün PUA hücumu barədə əhaliyə xəbərdarlıq ediblər.
Bununla yanaşı, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) Yekaterinburqdakı “Koltsovo” və Çelyabinskdəki “Balandino” hava limanlarında təyyarələrin qəbulu və yola salınmasının müvəqqəti dayandırıldığını açıqlayıb.
Hazırda təhlükəsizlik tədbirləri gücləndirilib, vəziyyət nəzarətdə saxlanılır. Hadisə ilə bağlı əlavə məlumat verilməyib.

