Qızıl bahalaşmaqda davam edir – Bir ildə 25 faizdən çox artım

Qızıl bahalaşmaqda davam edir – Bir ildə 25 faizdən çox artım

Dünya bazarında qızılın qiymətində artım tendensiyası davam edir.

Xeberyerinde xəbər verir ki, qızılın qiyməti gün ərzində 21,22 ABŞ dolları və ya 0,50 faiz yüksəlib.

Statistikaya görə, son 30 gün ərzində qızıl 172,07 dollar (4,22 faiz), son 1 ildə isə 857,29 dollar (25,31 faiz) bahalaşıb. Uzunmüddətli dövrdə də qiymətli metalın yüksəlişi davam edib. Belə ki, son 5 ildə qızılın qiyməti 147,02 faiz, son 20 ildə isə 553,67 faiz artıb.

Bununla yanaşı, son 6 ay ərzində qızılın qiymətində 810,64 dollar və ya 16,04 faiz azalma qeydə alınıb.

Ekspertlər bildirirlər ki, qızılın qiymətinə qlobal iqtisadi qeyri-müəyyənlik, mərkəzi bankların pul siyasəti, inflyasiya gözləntiləri və geosiyasi risklər əsas təsir göstərən amillər olaraq qalır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir