Şri-Lankada həkimlər 52 yaşlı kişinin sidik kisəsindən çəkisi 3,1 kiloqram olan nəhəng daş çıxarıblar.
Əməliyyat zamanı çıxarılan daşın ölçüsü və çəkisi tibbi baxımdan olduqca qeyri-adi hesab olunur. Məlumata görə, bu halın sidik kisəsindən çıxarılan ən ağır daşlardan biri olduğu bildirilir.
Həkimlər əməliyyatı uğurla başa çatdırıblar.

