Birinci Qarabağ müharibəsində itkin düşən daha 5 şəhidin nəşi tapılaraq şəxsiyyəti müəyyənləşdirilib.
Xeber Yerinde “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında bildirilib.
Qeyd edilib ki, Məmmədov Çümşüd Həsənxan oğlu, İsmayılov Sərdar Cəfər oğlu, Məhərrəmov Vaqif Mənsim oğlu, Nərimanov Mürşüd Nadir oğlu və Qurbanov Akif Cəbrayıl oğlu avqustun 21-də dəfn ediləcəklər.
Onlar I Qarabağ müharibəsi zamanı itkin düşüblər. Sonradan aparılan axtarış və identifikasiya işləri nəticəsində nəşləri aşkarlanaraq şəxsiyyətləri müəyyənləşdirilib.


