Hərbçiləri tərxis etdirmək müqabilində pul aldığı deyilən sabiq rəisə hökm

Hərbçiləri tərxis etdirmək müqabilində pul aldığı deyilən sabiq rəisə hökm

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi Rasim Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.

Məhkəmənin qərarı ilə Rasim Həsənova verilən ittiham 178.3.2-ci maddə üzrə, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq kimi tövsif edilib.

Rasim Həsənova 15 min manat məbləğində cərimə cəzası verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

İbtidai istintaq zamanı müəyyən edildiyinə görə, Rasim Həsənov 2021-2025-ci illərdə tutduğu vəzifələrdən istifadə edərək hərbi qulluqçuların şəhadətləndirilərək xidmətdən tərxis olunmasına kömək göstərmək müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul alıb.

İstintaqın topladığı sübutlar əsasında ona külli miqdarda və təkrar rüşvət alma, vəzifə saxtakarlığı və ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə ittiham irəli sürülüb.

Rasim Həsənov barəsində istintaq dövründə həbs qətimkan tədbiri seçilmişdi.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir