ABŞ-ın Aydaho ştatının cənubunda yerləşən Tvin-Fols (Twin Falls) bölgəsində restoranda silahlı hücum baş verib.
Xeberyerinde Xarici KİV-ə istinadən xəbər verir ki, yarıavtomatik tüfənglə restorana daxil olan şəxs ətrafa atəş açıb. Hadisə nəticəsində azı 3 nəfər ölüb, daha 2 nəfər yaralanıb.
Məlumata əsasən, hücum edən şəxs daha sonra eyni silahla özünü vuraraq intihar edib.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.

