Albaniya parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Albaniya parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Albaniya parlamentində hakimiyyət və müxalifət nümayəndələri arasında fiziki qarşıdurma baş verib.

Xəbər Yerində Apa-ya istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Paytaxt Tirana şəhərində Baş nazir Edi Ramanın istefası tələbi ilə etiraz aksiyaları davam edir. Gərginlik parlamentin plenar iclasına da sirayət edib.

Məlumata görə, müxalifət deputatları parlamentdə etirazlarını bildirərək tribunaya çıxışı bloklayıb, tərəflər arasında yaranan mübahisə isə fiziki qarşıdurmaya çevrilib.

Etirazçılar hökumətin istefasını, eləcə də tələbələrə qarşı polis zorakılığı iddialarının araşdırılmasını tələb edirlər. 

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir