Azərbaycan millisi Mozambiki 4:1 hesabı ilə məğlub etdi – FOTO

Azərbaycan millisi Mozambiki 4:1 hesabı ilə məğlub etdi – FOTO

Azərbaycanın U-15 millisi FIFA U-15 dünya çempionatı və festivalının C Divizionunda növbəti qələbəsini qazanıb. Yığma Mozambik seçməsini 4:1 hesabı ilə məğlub edib.

Xəbər Yerində Report-a istinadən xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda növbəti oyununu bu gün saat 19:30-da Vyetnam millisinə qarşı keçirəcək.

Qeyd edək ki, Vyetnam yığması əvvəlki görüşdə Kuba komandasına 2:1 hesabı ilə qalib gəlib.

Azərbaycan millisi AF qrupunu üçüncü pillədə başa vuraraq C Divizionuna vəsiqə qazanıb. Komanda qrup mərhələsində Timor-Leste seçməsini 6:0, Andorranı 1:0, İsraili isə 3:1 hesabı ilə məğlub edib. Yığma Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Beləliklə, millimiz 9 xalla qrupda üçüncü yeri tutub.

Azərbaycan komandası C Divizionunda, 81–96-cı yerlər uğrunda mübarizədə daha əvvəl Çili yığmasına 1:3 hesabı ilə məğlub olub, ardınca Cəbəllütariq seçməsini 5:1 hesabı ilə üstələyib.

Mundialda FIFA-ya üzv 189 ölkənin assosiasiyalarını təmsil edən komandalar iştirak edir. Turnir çərçivəsində ümumilikdə 1 000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulub.

Oktyabrın 30-dək davam edəcək U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində təşkil olunur. Turnirin final görüşü isə Bakı Kristal Zalında keçiriləcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir