Azərbaycan vətəndaşlarının olduğu gəmi Qara dənizdə batdı – ÖLƏNLƏR VAR

Azərbaycan vətəndaşlarının olduğu gəmi Qara dənizdə batdı – ÖLƏNLƏR VAR

Qara dənizdə Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu ticarət gəmisi qəzaya uğrayaraq batıb. Hadisə nəticəsində bir nəfər ölüb, üç dənizçi itkin düşüb.

Xəbər Yerində Azxəbər-ə istinadən xəbər verir ki, “Novinite” nəşrinin məlumatına görə, “Xoriv” (Khoryv) adlı gəmi Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə batıb.

Gəmidə 3 Azərbaycan vətəndaşı olub

Məlumata əsasən, hadisə zamanı gəmidə ümumilikdə 13 nəfər olub. Onlardan 10-u Ukrayna, üçü isə Azərbaycan vətəndaşıdır.

Qəza nəticəsində bir dənizçinin həyatını itirdiyi, üç nəfərin itkin düşdüyü bildirilir. Digər doqquz nəfər isə xilas edilib.

Gəmi həyəcan siqnalı verib

Məlumata görə, yerli vaxtla saat 10:00 radələrində gəmidən həyəcan siqnalı daxil olub. Bundan sonra Rumıniyanın aidiyyəti qurumları hadisəyə müdaxilə ediblər.

Gəminin hansı səbəbdən batdığı hələlik məlum deyil. İlkin və təsdiqlənməmiş məlumatlarda onun dron hücumuna məruz qaldığı və nəticədə yanğın baş verdiyi iddia olunur.

Hadisə baş verən zaman gəmi Rumıniyanın ərazi sularından kənarda olsa da, ölkənin dəniz sərhədinə yaxın ərazidə olub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir