Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycanın ilk qadın snayperlərindən biri kimi tanınan Növrəstə Yusifova vəfat edib.
Xəbər Yerində Ajans.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Əslən Xızı rayonundan olan Növrəstə Yusifova könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə qatılıb. O, 1992–1994-cü illərdə Qarabağ müharibəsinin iştirakçısı olub.
Yusifovanın vəfatının səbəbi və dəfn mərasimi ilə bağlı əlavə məlumat açıqlanmayıb.

