UEFA Millətlər Liqasının D Liqasında Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparan Litva yığması növbəti matçına hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.
Xəbər Yerində QOL.az-a istinadən xəbər verir ki, litvalılar Andorra millisi ilə qarşılaşıb və meydanı 3:0 hesablı qələbə ilə tərk ediblər.
Qollar necə vurulub?
Litva yığmasının heyətində Ruzgis 21-ci dəqiqədə penaltidən hesabı açıb. Steponaviçius 27-ci dəqiqədə fərqi iki topa çatdırıb.
Matçın əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə Kucys Litvanın üçüncü qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.
Litva – Andorra – 3:0
Qollar: Ruzgis, 21 (penaltidən), Steponaviçius, 27, Kucys, 90+3.
Litva Bakıya gəlir
Litva millisinin növbəti rəqibi Azərbaycan yığması olacaq.
Komandalar oktyabrın 4-də Bakıda üz-üzə gələcəklər.

