Azərbaycanın neft məhsulları ixracında kəskin artım

Azərbaycanın neft məhsulları ixracında kəskin artım

Xəbər Yerində “Report”a istinadən xəbər verir ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən 546 min 348,35 ton neft məhsulları ixrac edib.

Dövlət Gömrük Komitəsinin statistikasına görə, ixrac olunan neft məhsullarının ümumi dəyəri 423 milyon 575,49 min ABŞ dolları təşkil edib.

Neft məhsullarının ixrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 62,3 faiz, dəyəri isə 2,44 dəfə artıb.

Hesabat dövründə neft məhsullarının Azərbaycanın ümumi ixracındakı payı 2,19 faiz olub.

Qeyd edək ki, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 29 milyard 216 milyon ABŞ dolları təşkil edib. Bunun 19 milyard 336 milyon dolları ixracın, 9 milyard 881 milyon dolları isə idxalın payına düşüb.

Son bir ildə Azərbaycanın ixracı 27 faiz artıb, idxal isə 27,4 faiz azalıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir