AZAL-ın Naxçıvan reysləri təxirə salındı

AZAL-ın Naxçıvan reysləri təxirə salındı

“Xəbər Yerində” xəbər verir ki, əlverişsiz hava şəraiti ilə əlaqədar sentyabrın 28-də Bakı–Naxçıvan–Bakı marşrutu üzrə bəzi uçuşlar həyata keçirilməyəcək.

“Azərbaycan Hava Yolları”ndan (AZAL) bildirilib ki, hava şəraiti yaxşılaşdıqdan və uçuşlar üçün uyğun şərait yarandıqdan sonra reyslərin icrası bərpa olunacaq.

Sərnişinlər uçuş cədvəlində baş verə biləcək dəyişikliklərlə bağlı əlavə məlumatlandırılacaqlar.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir