Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil olunub.
Xəbər Yerində APA-Economics-ə istinadən xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2026-cı ilin ilk 9 ayı üzrə operativ məlumatlarında bildirilib.
Hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, 2,6 milyon tonu “Şahdəniz” yatağının, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft və qaz kondensatı hasilatı 5,1 milyon ton təşkil edib.
Hesabat dövründə Azərbaycandan ümumilikdə 15,5 milyon ton neft (qaz kondensatı ilə birlikdə) ixrac olunub.
İxracın 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə “Abşeron Petroleum” layihəsinin əməliyyat şirkəti olan JOCAP-ın (Joint Operating Company of Absheron Petroleum) payına düşüb.

