Azərbaycanda bəzi gömrük rüsumları 100 dəfəyədək artırılır

Azərbaycanda bəzi gömrük rüsumları 100 dəfəyədək artırılır

Xəbər Yerində İqtisadiyyat.az-a istinadən xəbər verir ki, oktyabrın 23-dən Azərbaycanda bəzi metal tullantılarının ixracına tətbiq olunan gömrük rüsumları əhəmiyyətli dərəcədə artırılacaq.

Dəyişikliyə əsasən, tökmə çuqun və qalayla örtülmüş qara metal tullantılarının hər 1 000 kiloqramı üçün gömrük rüsumu 7 dollardan 500 dollara yüksəldiləcək.

Torna, frezer və mişar tullantılarının ixracına tətbiq olunan rüsum da artırılır. Belə ki, bu tullantıların hər 1 000 kiloqramı üçün ödəniş 5 dollardan 500 dollara çatdırılacaq.

Qeyd edək ki, dəyişikliklər sentyabrın 22-də imzalanmış müvafiq qərara əsasən oktyabrın 23-dən qüvvəyə minəcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir