Azərbaycanda qar və yağış yağıb – Faktiki hava

Azərbaycanda qar və yağış yağıb – Faktiki hava

Oktyabrın 21-i saat 11:00-a olan faktiki hava şəraiti açıqlanıb.

Xəbər Yerində xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində hava əsasən yağmursuz keçib. Bununla belə, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, Ordubadın yüksək dağlıq ərazilərində isə qar qeydə alınıb.

Düşən yağıntının miqdarı Ordubad və Lerikdə 4 mm, Şahbuz, Gədəbəy və Qusarda 2 mm, Göygöl, Şəmkir, Daşkəsən, Şəki, Mingəçevir, Yardımlı və Astarada isə 1 mm olub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir