Azərbaycanda yeni milli park yaradıldı – Prezident Sərəncam imzaladı

Azərbaycanda yeni milli park yaradıldı – Prezident Sərəncam imzaladı

Xəbər Yerində Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması ilə bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, ümumi sahəsi 88 418 hektar olan Qarabağ Milli Parkı yaradılıb.

Milli Park Qarabağ iqtisadi rayonunun və ətraf ərazilərin bir sıra rayonlarını əhatə edir. Belə ki, parkın ərazisinə Ağdərə rayonundan 44 773,79 hektar, Xocalı rayonundan 24 597,80 hektar, Kəlbəcər rayonundan 13 514,98 hektar, Şuşa rayonundan 5 314,34 hektar və Laçın rayonundan 217,09 hektar torpaq sahəsi daxildir.

Beləliklə, Qarabağ Milli Parkı Azərbaycanın xüsusi mühafizə olunan təbiət əraziləri sırasına daxil edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir