Azərbaycanlıların olduğu Türkiyə gəmisinə PUA hücumu-VİDEO

Azərbaycanlıların olduğu Türkiyə gəmisinə PUA hücumu-VİDEO

Bir neçə gün əvvəl Qara dənizdə pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalan Türkiyəyə məxsus “Ro-Ro” tipli “Nadezhda” gəmisinin görüntüləri yayılıb.

Kadrlarda PUA-nın gəmiyə çırpıldığı an, ardınca baş verən partlayış və göyərtədə olan ekipaj üzvlərinin təşviş içində təhlükəsiz yerə çəkilməyə çalışdığı əks olunub. Məlumata görə, hadisə zamanı gəmidə olan azərbaycanlı ekipaj üzvlərindən bir neçəsi xəsarət alıb.

Bildirilib ki, hadisə zamanı gəmidə ümumilikdə 22 ekipaj üzvü olub. Onlardan 13-ü Türkiyə vətəndaşıdır. İlkin məlumata əsasən, hücum nəticəsində gəminin yaşayış və burun hissələrinə ziyan dəyib.

Hadisədən sonra ekipaj üzvləri Rusiya Hərbi Dəniz Qüvvələri tərəfindən təhlükəsiz şəkildə Novorossiysk limanına təxliyə olunublar.

Sözügedən görüntüləri təqdim edirik.

Mənbə:oxu.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir