Bakı-Quba yolunda ölümlə nəticələnən qəza baş verib-VİDEO

Bakı-Quba yolunda ölümlə nəticələnən qəza baş verib-VİDEO

Daha bir piyada ehtiyatsızlığı ölümlə nəticələnib.

23.07.2026-cı il tarixdə saat 14:00 radələrində Bakı–Quba avtomobil yolunun 53-cü kilometrliyində “VAZ-11173” markalı avtomobil yolu müəyyən edilməmiş yerdən keçməyə cəhd göstərən piyadanı vurub. Nəticədə piyada hadisə yerində həyatını itirib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün yol hərəkəti iştirakçılarını, xüsusilə piyadaları diqqətli və məsuliyyətli olmağa çağırır.

Piyadalar üçün ən sadə, lakin həyati əhəmiyyət daşıyan təhlükəsizlik qaydası yolu yalnız müəyyən edilmiş piyada keçidlərindən və təhlükəsizlik tələblərinə əməl etməklə keçməkdir. Bu qaydalara laqeyd yanaşmaq ağır, bəzən isə geri dönüşü olmayan faciələrlə nəticələnə bilər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir