Xəbər Yerində Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sentyabrın 25-i saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisində hava əsasən yağmursuz keçib.
Quba və Qusarda yağış yağır
Bildirilib ki, Quba-Qusar bölgəsinin bəzi ərazilərində arabir yağış müşahidə olunur.
Yağıntının miqdarı Qusarda 7 millimetr, Xaçmaz və Qubada isə 1 millimetrədək qeydə alınıb.
Bakıda külək güclənib
Hazırda ölkə ərazisində şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22 m/s, Neftçalada isə 20 m/s təşkil edir.

