Bakıda rəngarəng kəlağayı yürüşü keçirilir – Video

Bakıda rəngarəng kəlağayı yürüşü keçirilir – Video

Bakıda milli adət-ənənələrin təbliğinə həsr olunan “Kəlağayı” yürüşünə start verilib.

Xəbər Yerində xəbər verir ki, bu barədə Qafqazinfo məlumat yayıb.

Yürüş paytaxtın İçərişəhər ərazisində, Qız qalasının qarşısından başlayıb. Tədbirdə ictimai təşkilatların nümayəndələri, eləcə də Azərbaycan mədəni irsinə dəyər verən şəxslər iştirak edirlər.

Milli geyimlərdə olan iştirakçılar İçərişəhər – Fəvvarələr meydanı – Bakı bulvarı marşrutu üzrə hərəkət edirlər. Onlar yoldan keçən sakinlər və şəhərin qonaqları ilə şəkillər çəkdirir, mahnılar ifa edir, paytaxt küçələrinə rəngarəng görüntü qatırlar.

Məqsəd milli irsi təbliğ etməkdir

Yürüşün əsas məqsədi Azərbaycanın ənənəvi qadın baş örtüyü olan kəlağayının təbliği, milli-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsidir.

Kəlağayı Azərbaycan milli geyiminin mühüm elementlərindən biri olmaqla yanaşı, xalqımızın mədəni kimliyini, gözəllik anlayışını və nəsillər arasında mənəvi bağlılığı əks etdirir.

Qeyd edək ki, 2014-cü ildə kəlağayı sənəti – onun hazırlanması və geyinilməsi ənənəsi UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Bu beynəlxalq tanınma Azərbaycanın qədim sənət ənənələrinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir