Bakıda sıxlığın həlli üçün nazirliklər və universitetlər regionlara köçürülə bilər

Bakıda sıxlığın həlli üçün nazirliklər və universitetlər regionlara köçürülə bilər

Azərbaycanda bəzi dövlət müəssisələrinin, ali təhsil müəssisələrinin və iri şirkətlərin regionlara köçürülməsi paytaxtda nəqliyyat və infrastruktur yükünün azaldılmasına kömək edə bilər.

Xəbər Yerində KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə istiqlalçı deputat, iqtisadçı Vahid Əhmədov Globalinfo.az-a müsahibəsində danışıb.

Azərbaycanda avtomobillərin sayı 2 milyonu ötüb

Vahid Əhmədovun sözlərinə görə, ölkədə avtomobillərin sayı son onilliklərdə kəskin artıb. Belə ki, 1993-cü ildə Azərbaycanda təxminən 350 min avtomobil olduğu halda, hazırda onların sayı 2 milyonu ötüb. Avtomobillərin əhəmiyyətli hissəsi isə Bakı və Sumqayıt şəhərlərində cəmləşib.

İqtisadçı hesab edir ki, yaranmış vəziyyətin aradan qaldırılması üçün kompleks tədbirlər görülməlidir. Bu çərçivədə Yaşma və Qaradağ kimi ərazilərdə yeni şəhərlərin salınması, bəzi nazirliklərin və ali təhsil müəssisələrinin regionlara köçürülməsi nəzərdən keçirilə bilər.

Regionlarda iş yerlərinin yaradılması vacibdir

V. Əhmədov paytaxta əhali axınının əsas səbəblərindən birinin bölgələrdə iş imkanlarının məhdudluğu olduğunu bildirib.

Onun fikrincə, insanlar iş tapa bilmədikləri üçün rayon mərkəzlərinə və Bakıya üz tuturlar. Halbuki bir çox ərazidə yol, su və qaz infrastrukturu mövcuddur. Əsas çatışmazlıq isə yeni iş yerlərinin yaradılmasıdır.

İqtisadçı hesab edir ki, regionlarda məşğulluğun artırılması, dövlət qurumlarının və təhsil müəssisələrinin bir hissəsinin bölgələrə köçürülməsi həm paytaxtdakı sıxlığın azalmasına, həm də regionların inkişafına töhfə verə bilər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir