İbrahim Borçalı qızına toy etməyə hazırlaşır

İbrahim Borçalı qızına toy etməyə hazırlaşır

Müğənni İbrahim Borçalı qızı Aysunun ailə qurmağa hazırlaşdığını açıqlayıb.

Xəbər Yerində Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu barədə “Qonaqcanlı” verilişində danışıb.

İbrahim Borçalı bildirib ki, qızının “həri” mərasimi yay aylarında Gürcüstanda, ailələrinin həyətində keçirilib. Müğənninin sözlərinə görə, hazırda nişan mərasiminə hazırlaşırlar.

Sənətçi qeyd edib ki, yaxın qohumlarının vəfatı ilə əlaqədar yas ilinin tamamlanmasını gözləyirlər.

İbrahim Borçalı qızının ailə quracağı şəxsin Gürcüstandan olduğunu və öz dostunun oğlu olduğunu da açıqlayıb.

“Qızımın “həri”si yayda Gürcüstanda olub. Öz həyətimizdə məclis etdik. Nişan olacaq. Bizim qohumun qızı rəhmətə gedib, ilin çıxmağını gözləyirik. Oğlan Gürcüstandandır, dostumun oğludur. Hamının qızının bəxti gözəl olsun. Gənclər özləri bir-birini seçib, seviblər”, – deyə müğənni bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir