Bakıda yük avtomobilinin texniki nasazlığı nəqliyyatın hərəkətində problem yaradıb.
Xəbər Yerində Oxu.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində baş verib. Texniki nasazlıq səbəbindən yük avtomobili yolun hərəkət hissəsində qalıb.
Nəticədə 8 Noyabr prospektindən şəhər mərkəzi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb.
Hazırda problemin aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülür.

