Baş nazirin keçmiş müşavirinə yeni vəzifə

Baş nazirin keçmiş müşavirinə yeni vəzifə

Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat olub

Azərbaycan İnvestisiya Holdinqində (AİH) rəhbər vəzifəyə yeni təyinat həyata keçirilib.

Xəbər Yerində xəbər verir ki, Arzu Hacıyeva AİH-in Sahəvi ekspertlər ofisinin direktoru vəzifəsinə təyin olunub.

O, bu təyinata qədər holdinqin Sahəvi ekspertlər ofisində baş menecer vəzifəsində çalışıb. Bundan əvvəl isə Beynəlxalq maliyyə institutları və özəl investisiyalarla əməkdaşlıq üzrə rəhbər vəzifəsini icra edib.

Arzu Hacıyeva 2024-cü ildən Azərbaycan İnvestisiya Holdinqində fəaliyyət göstərir.

O, 2020–2023-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində Baş nazirin müavininin müşaviri vəzifəsində işləyib.

Mənbə: Musavat.com

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir