“Başına nə oyun açacağam” – taksi sürücüsü ilə bağlı araşdırma başladı

“Başına nə oyun açacağam” – taksi sürücüsü ilə bağlı araşdırma başladı

“Bolt” sürücüsündən şok hərəkət: Qadını maşından düşməyə qoymadı, xəsarət aldı

Bakı-Sumqayıt yolunda, “Riyad” Ticarət Mərkəzinin ərazisində “Bolt” şirkətinə məxsus taksinin sürücüsü tərəfindən hədə-qorxuya və zorakılığa məruz qaldığını iddia edən vətəndaş polisə müraciət edib.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Elvira Vəliyeva hadisə barədə “TikTok” hesabında video yayımlayıb.

Onun sözlərinə görə, hadisə ötən gün saat 23:50 radələrində heyvan sığınacağından qayıdarkən baş verib. Taksi tapa bilmədiyi üçün çatdırılma xidmətindən istifadə edən qadın sürücüyə özü gedəcəyini əvvəlcədən bildirdiyini deyib.

Şikayətçinin iddiasına əsasən, sürücü buna etiraz etməyib, lakin ondan sifarişi ləğv etməsini və daha sonra onu ünvana aparmasını istəyib.

Vəliyeva bildirib ki, mənzil başına çatmağa 3-4 dəqiqə qalmış gedişhaqqı ilə bağlı mübahisə yaranıb. Belə ki, tətbiqdə 4 manat göstərilən xidmətə görə sürücü ondan 7 manat tələb edib.

Qadının sözlərinə görə, əlavə ödəniş etməkdən imtina etdikdə sürücü avtomobilin qapılarını kilidləyərək onu hədələyib.

“Artıq ödənişi etməyəcəyimi deyəndə qapıları kilidlədi. Dedi ki, ‘bilirəm sənin başına nə oyun açacam’. Qorxudan pəncərədən çıxmaq istəyəndə sürəti artırıb ani tormozlama etdi. Yerə yıxıldım, başımdan və bədənimdən xəsarətlər aldım. Bir insanın canına qəsd etmək bu qədərmi asandır?” – deyə Elvira Vəliyeva bildirib.

Şikayətçi hadisə zamanı içərisində iki ədəd orijinal adapter, qulaqlıq, poverbank və qızıl-zinət əşyaları olan çantasının da avtomobildə qaldığını qeyd edib.

O, 567 qeydiyyat nişanlı BYD markalı taksinin sürücüsünün hərəkətləri barədə hüquq-mühafizə orqanlarına məlumat verdiyini bildirib.

Hadisə ilə bağlı artıq ərazi polis orqanında araşdırmalara başlanılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir