BMT-nin yeni baş katibi kim olacaq? Namizədlər veto ilə üzləşib

BMT-nin yeni baş katibi kim olacaq? Namizədlər veto ilə üzləşib

Xəbər Yerində Apa-ya istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasında təşkilatın yeni baş katibinin seçilməsi ilə bağlı keçirilən qeyri-rəsmi səsvermədə yeddi namizəddən heç biri beş daimi üzvün hamısının dəstəyini qazana bilməyib.

Namizədlər arasında Kosta-Rikanın sabiq vitse-prezidenti Rebekka Qrinspan, Qayananın nümayəndəsi Kerolayn Rodriqes-Birkett və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi önə çıxıblar.

Bununla belə, namizədlərin hər biri veto hüququna malik daimi üzvlərdən ən azı ikisinin etirazı ilə qarşılaşıb.

BMT-nin yeni baş katibinin seçilməsi üçün Təhlükəsizlik Şurasının 15 üzvündən ən azı doqquzunun dəstəyi tələb olunur. Eyni zamanda, ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransadan heç biri namizədə veto qoymamalıdır.

Hazırkı baş katib Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatır. Yeni baş katibin seçilməsi ilə bağlı növbəti qeyri-rəsmi səsvermənin gələn həftə keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, BMT-nin tarixində indiyədək heç bir qadın baş katib vəzifəsini tutmayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir