Boksçularımız U-17 Avropa çempionatında tarix yazır – 5 final

Boksçularımız U-17 Avropa çempionatında tarix yazır – 5 final

Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında Azərbaycan millisinin 5 üzvü finala yüksəlib.

Xəbər Yerində “Unikal”a istinadən xəbər verir ki, yarımfinal görüşlərindən sonra 5 boksçumuz çempionluq uğrunda mübarizə aparmaq hüququ qazanıb.

57 kq çəki dərəcəsində Cəmilə Muradlı İtaliya təmsilçisi Morena Stifani üzərində 4:1 hesablı qələbə qazanıb. O, finalda Almaniyadan olan Aliya İbrahimlə qarşılaşacaq.

66 kq-da Səma Abbasova Rusiya boksçusu Justina Anufriyevanı 4:1 hesabı ilə məğlub edib. Onun finaldakı rəqibi Türkiyə təmsilçisi Ada Eybey olacaq.

46 kq-da Həsrət Məmmədov İrlandiya təmsilçisi Ronan Çarlzı 3:2 hesabı ilə üstələyib. Boksçumuz finalda rumıniyalı Kristi Kaşu ilə üz-üzə gələcək.

52 kq-da İsmayıl Nəsirzadə İrlandiya təmsilçisi Martin Nevin üzərində 5:0 hesablı qələbə qazanıb. O, finalda İngiltərə boksçusu Şaylo Makleodla qarşılaşacaq.

57 kq-da Məhəmmədəli İstamov isə Ukrayna təmsilçisi Nikita Zaxarçenkonu 5:0 hesabı ilə məğlub edib. Onun finaldakı rəqibi İngiltərədən Con Elam olacaq.

Bundan başqa, Azərbaycan millisinin daha 3 üzvü – Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) turniri bürünc medalla başa vurublar.

Qeyd edək ki, final döyüşləri oktyabrın 11-də keçiriləcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir