Bu ərazilərdə işıq olmayacaq – Siyahı

Bu ərazilərdə işıq olmayacaq – Siyahı

Bu gün Bakı və Ağdaşın bəzi ərazilərində planlı təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr olacaq.

“Azərişıq”ın məlumatına görə, təmir işləri elektrik təchizatının keyfiyyətinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə həyata keçirilir.

İşıq kəsiləcək ərazilər:

  • Yasamal rayonu: Cəfər Cabbarlı, Zivər bəy Əhmədbəyov və Məhəmməd Naxçıvani küçələrinin bir hissəsi.
  • Nərimanov rayonu: Böyükşor qəsəbəsinin bəzi əraziləri (09:00–13:00).
  • Ağdaş rayonu:
    • 10:00–13:00: Aşağı Ağcayazı, Yuxarı Ağcayazı, Dəhnə kəndləri, Türyançay qəsəbəsi və şəhərin 42-ci məhəlləsi.
    • 10:00–14:00: Qoşaqovaq, Qolqəti və Şəkili kəndləri.

Qurum bildirir ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir